This post has been de-listed
It is no longer included in search results and normal feeds (front page, hot posts, subreddit posts, etc). It remains visible only via the author's post history.
Clickbait yediz, təbriklər! İndi isə əsas mövzuya kecək. Söhbət rusiyada millətimizə qoyulan "kliçka" dan getmir. Söhbət yas yerinə gedirmiş kimi zil qara geyinən, çoxluqla yaşlı (hətta bir çox hallarda cavan) kişilərdən gedir. Hətta bir turusitin rəyi yadıma gəldi. O da bildirdi ki, hamının qara geyinməsi ona çox depressiv ab-hava verdi. Metrolarda vəziyyət daha da intensivləşir (ən azından mənim üçün), qapalı məkan və qara paltarlı adamlar daraltmır deyil. Sizcə səbəbi nədir bu qara rəng sevgisinin? Insanların zövqü yoxdu, yoxsa absurd mentalitet öz sözünü deyir yenə (kişiyə qara yaraşar). Bəziləri arıq görsənmək üçün geyinir, amma çoxluğun səbəbinin bu olmadığını düşünürəm. Bəs sizin düşüncələriniz nədir?
Edit: Qara rəngi sevirəm arqumentini yazmayın zəhmət olmasa. Onda millətin 90% i qara rəngi xoşluyur? Cinlər diyarıdı bura?
Subreddit
Post Details
- Posted
- 9 months ago
- Reddit URL
- View post on reddit.com
- External URL
- reddit.com/r/azerbaijan/...