This post has been de-listed
It is no longer included in search results and normal feeds (front page, hot posts, subreddit posts, etc). It remains visible only via the author's post history.
Hamınızı salamlayıram. Son vaxtlar qarşıma çıxan bu vəziyyətdən danışmaq istəyirəm. Artıq bir necə dəfə, metroya girişdə, bəzi şəxslər çanta, paketlərinin yoxlanmasına çox əsəbiləşir və polislə birbaşa konfliktə başlayırlar. Və nəzərə alsaq ki, həmin şəxslər konfliktdən sonra metroya yollarına davam edirlər, bu o deməkdir ki, qanundan kənar heç bir şey daşımırlar. Bəs niyə 10 saniyəlik bəzən bezdirici, amma sadə bir proseduru belə bir problemə çevirirlər? Bəzi hallarda isə qadınlar əl çantalarını yoxlatmaq istəmirlər. Çox qəribə gəlir mənə bu kimi hallar. Bəs siz nə düşünürsüz?
Subreddit
Post Details
- Posted
- 10 months ago
- Reddit URL
- View post on reddit.com
- External URL
- reddit.com/r/azerbaijan/...